Bu gün Qazaxıstanın Almatı şəhərində şahmatın rapid və blits növü üzrə dünya çempionatı başlayacaq.
Turnirdə Azərbaycan təmsilçiləri də yarışacaq.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edəcək.
İlk gündə rapid növündə beş tur oynanılacaq.
Dünya çempionatı dekabrın 30-da başa çatacaq. Mükafat fondu 1 milyon dollar olan mundialda 258 qrossmeyster (155 kişi, 103 qadın) mübarizə aparır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.