Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə Avropada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Azərbaycan milli komandasının və “Qarabağ”ın forvardı Ramil Şeydayev siyahıda özünə yer tapa bilib. 26 yaşlı hücumçu ötən il 25 qola imza atıb. O, bu göstəricidə 21-ci pillədə qərarlaşıb.
Siyahıya PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe başçılıq edir. Onun aktivində 56 qol var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.