AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bəyanat yaydı

  • + A
  • - A
  • 23-01-2023, 23:37

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bəyanat yaydı

    Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bəyanat yaydı. Azadmedia.az bəyanatı təqdim edir:
    Hazırda davam edən “Böyük dəbilqə” seriyalı “Australia Open” tennis turniri çərçivəsində 20 yanvar 2023-cü il tarixində baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törətmiş və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd etmişdir. Eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanmışdır.
    Baş vermiş hallarla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası tərəfindən ikitərəfli qaydada Rusiya Federasiyasının müvafiq qurumlarına, eləcə də Beynəlxalq Tennis Federasiyası və “Australia Open” tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlanmış, bu təxribatçı addımlarına görə tennisçinin cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilmişdir.
    Rusiya Federasiyasının müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR