"Türkiyə üçün humanitar yardım göndərən insanlardan ikinci əl, yəni geyinilmiş paltarlar göndərməməyi xahiş edirik".
Bu barədə report-un sorğusuna cavab olaraq Türkiyənin Azərbaycandakı Səfirliyindən bildirilib.
"Ölkədə güclü zəlzələ nəticəsində yaranmış humanitar böhran səbəbindən məsələyə daha həssas yanaşırıq. Yarana biləcək hər hansı virus və ya xəstəliyin yayılmaması üçün profilaktiki olaraq bu addımı atırıq", - diplomatik nümayəndəlikdən bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.