Bakı, 27 fevral — Azadmedia.az
Quterreş: Biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsini dirçəltməliyik.
“Bu günün və sabahın yeni çağırışları ilə üzləşmək üçün biz Ümumdünya İnsan Hüquqları Bəyannaməsini canlandırmalı və onun tam icrasını təmin etməliyik”, - deyə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bildirib.
2023-cü il BMT-nin Cenevrə ofisində öz işinə başlayan BMT İnsan Hüquqları Şurasının 52-ci Sessiyasının açılışına BMT İnsan Hüquqları Şurasının sədri Quttereş və Çex Respublikasının BMT-nin Cenevrə Bürosu yanında daimi nümayəndəsi səfir Vatslav Balek, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk, Qambiyanın BMT-nin Cenevrə bölməsi və BMT İnsan Hüquqları Şurası yanında daimi nümayəndəsi Vitse-prezident səfir Muhammadou Kah, İsveçrənin xarici işlər naziri İqnazio Cassis, Türkiyənin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi səfir Güven Begeç və digər ölkələrin və BMT qurumlarının nümayəndələri qatılıb.
Quterreş çıxışında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 il əvvəl qəbul edildiyini və bu bəyannamədə ilk dəfə olaraq hər kəsə və hər zaman şamil olunan səlahiyyətlərin müəyyən edildiyini qeyd edib. Rusiyanın Ukraynaya hücumlarının bu gün yaşanan ən böyük insan haqları pozuntularına səbəb olduğunu bildirən Quterreş bunun çoxlu sayda ölüm, dağıntı və köçkünliyə səbəb olduğuna diqqət çəkib.
Quterreş, dünyanın digər problemlərinə həll yolları tapılmayana qədər insan haqlarının gözardı edilə bilməyəcəyini, insan hüquqlarının iqlim böhranından tutmuş texnologiyadan sui-istifadəyə qədər bir çox problemin həlli olduğunu vurğulayıb.
Qaçqın və mühacirlərin hüquqlarının da insan haqları çərçivəsində qiymətləndirilməsi lazım olduğuna diqqət çəkən Quterreş buna ayrı-seçkilik edilmədən hörmət edilməsi lazım olduğunu bildirib.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.