AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində 6 uşaq evinin iştirakı ilə əyləncəli estafet yarışları təşkil edib - Foto

  • + A
  • - A
  • 5-03-2023, 15:23

    Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində 6 uşaq evinin iştirakı ilə əyləncəli estafet yarışları təşkil edib -




    Bakı, 5 mart — Azadmedia.az


    Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində 6 uşaq evinin iştirakı ilə şən startlar əyləncəli estafet yarışları təşkil edib.

    Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarışlarda 8-14 yaşlı oğlanlar və qızlar mübarizə aparıblar. Maraqlı mübarizə şəraitində keçirilən tədbirdə bütün uşaqlara hədiyyələr və sertifikatlar təqdim edilib.

    Tədbirin təşkilatı işlərinə öz dəstəyini göstərən Veysəloğlu Şirkətlər Qrupuna və qrupa daxil olan “OBA" marketlər şəbəkəsinə təşəkkür edirik. Məlumat üçün qeyd edək ki, “7 igid - 7 gözəl” estafet yarışına dəstək olan “OBA Market” MMC yaxın günlərdə fəaliyyətə başlamasının 7 illiyini qeyd edəcək. Şirkət bu yarışmaya dəstək olmaqla öz 7 yaşına da fərqli tərəfdən diqqət çəkib.














    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR