AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyalı ekspertlər: “Ermənistanın Putinin həbsi qərarını qanuni sayması Rusiya üçün təhqirdir” - VİDEO

  • + A
  • - A
  • 27-03-2023, 14:23

    Rusiyalı ekspertlər: “Ermənistanın Putinin həbsi qərarını qanuni sayması Rusiya üçün təhqirdir” - VİDEO


    Ermənistan Konstitusiya Məhkəməsinin Haaqa məhkəməsinin Vladimr Putinin həbsi ilə bağlı qərarını ölkə konstitusiyasına uyğun hesab etməsi Rusiyada etirazla qarşılanıb.

    Kremlin sözçüsü Dmitri Peskov təfərrüata varmadan Ermənistanın məlum qərarının rəsmi İrəvanla müzakirə olunacağını açıqlasa da, ekspertlər Ermənistanın bu addımını Rusiya üçün təhqiredici və xəyanət hesab edirlər.

    Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Ermənistanın Putin barəsində həbs qərarı çıxaran Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması Rusiya üçün çox təhqiredicidir.

    “Bu o anlama gəlir ki, Ermənistan artıq Rusiyadan uzaqlaşmaqda çox dərinə gedib. Daha dəqiq desək bu, Ermənistanın Rusiyaya xəyanətinin göstəricisidir. Rusiya dəfələrlə Ermənistanı və erməni xalqını müxtəlif dövrlərdə, müxtəlif vəziyyətlərdən xilas edib”.
    Daha ətraflı İTV-nin süjetində:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR