İran Futbol Federasiyasının Əxlaq Komitəsi gənclərdən ibarət milli komandanın keçmiş kapitanı və Təbrizin "Traktor" klubunun müdafiəçisi Milad Kürü bir il müddətinə komandadan uzaqlaşdırıb.
Əslən türkmən olan Milad Kür hakimiyyətin idman sahəsinə vəsait ayırmadığını, idmançılara minimum yardımın belə edilmədiyini və onların adi imkanlardan məhrum olunduqları barədə mediaya müsahibə verdiyinə görə cəzalandırılıb.
Qeyd edək ki, "40 gün müddətinə təlim-məşq düşərgəsində idik. İdmançıların cibində adi ehtiyaclarını ödəmək üçün pul olmur. Bir neçə futbolçu kredit götürərək öz hesablarına futbol ayaqqabıları almağa məcbur oldular. Psixi baxımdan dəhşətli durumdaydıq", - Milad Kür İranın "Vərzeş" idman saytına müsahibəsində bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.