AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Formula 1” yarışları boyunca xidmət göstərəcək - TƏBİB

  • + A
  • - A
  • 28-04-2023, 11:40

    “Formula 1” yarışları boyunca xidmət göstərəcək -


    “Formula 1” yarışlarının keçiriləcəyi günlərdə zərurət yaranacağı hallarda 10 məntəqədə çalışmaq üçün 10 həkim və 10 tibb bacısı təhkim olunub.

    TƏBİB-dən Azadmedia.az-a verilən məlumata görə, Bakı Baş Səhiyyə Mərkəzinin 20 nəfər əməkdaşı da “Formula 1” yarışları boyunca xidmət göstərəcək.


    Stasionar müalicənin tələb olunduğu halların yarana biləcəyi ehtimalı nəzərə alınaraq Mərkəzi Neftçilər Xəstəxanasında 1 şöbə (5 palata) ayrılaraq bütün lazımi avadanlıqlarla təchiz olunub, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzi hazır vəziyyətə gətirilib. “Formula 1” üçün yaradılmış səyyar hospital üçün tələb olunan dərman, tibbi ləvazimatlar və avadanlıqlar TƏBİB tərəfindən təchiz olunub.
    Eyni zamanda, yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım postları qurulub. İdmançılar üçün trekdə 12, tamaşaçılar üçün 8 tibbi briqada daimi şəkildə fəaliyyət göstərəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR