“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının sosial vəziyyətinə dair ümumi qiymətləndirmə” adlı layihəsini yekunlaşdırıb.
Layihə çərçivəsində Astara, Cəlilabad, Masallı, İsmayıllı, Oğuz, Qax rayonlarında yaşayan müharibə iştirakçılarının sosial vəziyyətinin araşdırılması və həllinə dəstək vermək üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular, həmçinin istər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsi veteranları ilə sorğular və görüşlər keçirilib.
4 bölmədən, 37 əsas sualdan ibarət, respondentlərin sosial həyatını özündə əks etdirən suallardan tərtib edilmişdi sorğularda və görüşlərdə ümumilikdə 350 nəfər müharibə veteranı iştirak edib.
Sorğuların təhlili və görüşlər zamanı keçirilən maraqlı müzakirələrdə irəli sürülən təkliflərdən əldə olunmuş faktlara əsasən müharibə veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı dövlət strategiyasına dəstək olmaq məqsədi ilə 43 səhifədən ibarət tədqiqat işi və 30 bənddən ibarət təklif və tövsiyyələlər hazırlanıb.
Hazırlanmış təklif və tövsiyyələlər Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər qurumlara təqdim edilib.
Layihə çərçivəsində görülən işlər və keçirilmiş görüşlər müharibə veteranları tərəfindən maraqla qarşılandığı üçün “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyi bu istiqamətdə müxtəlif regionlarda yeni layihələr həyata keçirtməyi qərara alıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.