İsrail dövlətinin ölkəmizdəki diplomatik missiya rəhbərinin müavini Doron Pe’er Gəncə şəhərinə səfəri çərçivəsində Bitki mühafizə və Texniki bitkilər ETİ-nin qonağı olub.
Azadmedia.az xəbər verir ki, görüşdə Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri Prof. İbrahim Cəfərov,
İsrail səfirinin müavini Doron Peer, İsrail səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Vüsal Mürsəlzadə və institutun bir sıra əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, görüş zamanı kənd təsərrüfatı sahəsində İsrailin elmi tədqiqat institutları ilə Bitki mühafizə və Texniki bitkilər ETİ arasında əməkdaşlıq əlaqələrinin qurulması, intensiv texnologiyalar, ekoloji əkinçilik, bitki karantini, ümumi fitosanitar vəziyyətin qarşılıqlı təhlili və birgə digər layihələrlə bağlı strateji əməkdaşlıq müzakirə olunub.