AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Misirin xarici işlər naziri humanitar yardımların sərhəd-keçid məntəqəsində gözləyini bildirib - Samih Şükri

  • + A
  • - A
  • 16-10-2023, 16:42

    Misirin xarici işlər naziri humanitar yardımların sərhəd-keçid məntəqəsində gözləyini bildirib -


    Misirin xarici işlər naziri Samih Şükri humanitar yardımların Rəfah sərhəd-keçid məntəqəsində gözlədiyini, lakin İsrailin Qəzza tərəfinə keçidi asanlaşdırmadığını bildirib.

    Şükri paytaxt Qahirədə Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşüb.

    İkili görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

    Şükri bildirib ki, ölkəsi Fələstin məsələsinin aradan qaldırılması cəhdini rədd edir:

    “Misirin Qəzza zolağında gərginliyə nəzarət etmək səyləri davam edir”.

    Misirli nazir Qəzza zolağına yardımın çatdırılması üçün səylərin davam etdiyini və yardımın bölgəyə çatdırılmaq üçün hazır vəziyyətdə gözlədildiyini bildirib.

    Fransa naziri Kolonna da Qəzzada vəziyyətin təhlükəli həddə çatdığını və bütün regionun təhlükəsizliyini təhdid etməyə başladığını bildirib.

    Kolonna ölkəsinin Qəzzaya humanitar yardım təşkilatlarına 10 milyon avro ayırdığını bildirib:

    “İsrailin Qəzza zolağını mühasirəyə alması beynəlxalq hüququn pozulmasıdır. Qəzzada mülki şəxslər qorunmalı və onların əsas ehtiyacları ödənilməlidir”.

    Qeyd edək ki, Misirdəki yardım maşınları İsrailin blokadası altında olan Qəzzaya çatdırılmaq üçün Rəfah sərhəd-keçid məntəqəsinə göndərilməyə başlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR