İsrailin blokadası altında olan Qəzza zolağına ikinci yardım karvanı "Rəfah" keçid məntəqəsindən daxil olub.
"Rəfah" keçid məntəqəsinin mətbuat idarəsinin direktoru Vail Əbu Möhsin verdiyi açıqlamada Misirin Qəzzaya qida, dərman və su daşıyan 14 yük maşınının girişi üçün "Rəfah" keçid məntəqəsini açdığını bildirib.
Əbu Möhsin qeyd edib ki, yük maşınları Birləşmiş Millətlər Təşkilatının (BMT) Orta Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) çatdırılacaq və daha sonra fələstinlilərə paylanacaq.
BMT baş katibinin humanitar məsələlər və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits də özünün "X" sosial medai hesabında etdiyi paylaşımda Qəzzaya daxil olan 14 yardım maşını ilə əlaqəli "Humanitar yardıma çox ehtiyacı olan milyonlarla insan üçün daha kiçik bir ümid işığı" deyib.TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.