Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstana səfəri tarixi hadisədir. Azadmedia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu ölkəyə səfərə gələn Fransa Prezidenti Emmanuel Makronla görüşündə deyib. Belə ki, “Qazaxıstanla Fransa arasında əməkdaşlıq dinamik inkişaf edir, lakin buna əlavə təkan vermək lazımdır. Ona görə də səfərinizi tarixi, çox əhəmiyyətli adlandıra bilərik. Əminəm ki, bugünkü danışıqlar məhsuldar olacaq”, - deyə Tokayev bildirib. Həmçinin Tokayevin sözlərinə görə, Fransa Qazaxıstanın Avropa Birliyində əsas və etibarlı tərəfdaşı olmaqla yanaşı, ölkə iqtisadiyyatının ən böyük investorlarından biridir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.