ABŞ Dövlət katibi Antoni Blinken noyabrın 2-10-da İsrail, İordaniya, Yaponiya, Koreya Respublikası və Hindistana səfər edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə çərşənbə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Belə ki, sənəddə bildirilir ki, Blinken Təl-Əvivdə ABŞ-ın İsrailin terrorizmə qarşı özünümüdafiə hüququnu dəstəklədiyini bəyan etmək niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.