Fransanın ideoloji hərəkətləri dünyanın bəzi ölkələrində və regionlarındakı vəziyyətin sabitliyinin pozulmasına səbəb olub. Belə ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Qeyd edək ki, Zaxarova Fransa Prezidenti Emmanuel Makronun terror təşkilatlarına qarşı mübarizə üçün regional və beynəlxalq koalisiya yaratmaq təklifini dəyərləndirib: "Bu təklif Yaxın Şərqdə silahlı qarşıdurmaların artmasına və başqa ölkələrin də məsələyə qarışmasına səbəb ola bilər. Parisin ideoloji hərəkətləri çox vaxt əks-effekt verir. Bu, yalnız dünyanın bəzi ölkələrində və regionlarında vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarır. Əgər Fransa həqiqətən də regionda atəşkəs rejiminin yaradılmasını istəyirsə, bunun diplomatik yollarla həll edilməsinə dair mövqeyimizi dəstəkləyə bilər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.