Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü keçirilir.
Tədbirin açılışında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bütün iştirakçıları salamlayıb.
Açılış nitqində Qazaxıstan Prezidenti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.