AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur şahmatçı Vüqar Həşimovun anım günüdür

  • + A
  • - A
  • 11-01-2024, 13:22

    Məşhur şahmatçı Vüqar Həşimovun anım günüdür

    Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun anım günüdür.

    Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub.

    O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası adından çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada yığmamızın tərkibində olub. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 

    2010-cu ildəki Şahmat Olimpiadasına yerli federasiya ilə münaqişə yaşadığı üçün milliyə dəvət almayıb.

    Həşimov 2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırıb), 2011-ci ildə isə Avropa çempionatının gümüş medalını əldə edib. O, 2010-2011-ci illərdə İtaliyada müntəzəm olaraq keçirilən “Reccio Emilia” turnirinin qalibi adını qazanıb.

    Vüqar Həşimov 2011-ci ildə Rusiyanın Xantı-Mansi şəhərində təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsində mübarizəni dayandırıb.

    Vüqar həmin ilin noyabrında Yunanıstanın Porto Karras şəhərində keçirilmiş komandalar arasında Avropa Çempionatında Azərbaycan yığmasının heyətində yer alıb və 2009-cu ildə qazandıqları çempionluq titulunu qoruya bilməyərək, yarışı gümüş medalla başa vurublar. 

    Vüqar Həşimov beyində bədxassəli şiş (xərçəng) diaqnozu ilə müalicə aldığı Almaniyanın Haydelberq şəhərindəki klinikada 2014-cü il yanvarın 11-də dünyasını dəyişib.

    O, həmin il yanvarın 14-də III Fəxri Xiyabanda dəfn edilib.

    2014-cü ilin aprel ayında Şəmkirdə mərhum qrosmeysterin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilib. Turnir hər il eyni məkanda keçirilir.

    2016-cı ildə Bakıda Vüqar Həşimov Şahmat Akademiyası fəaliyyətə başlayıb.

    Ölümündən sonra - 2014-cü ilin iyulun 24-də onun qəbirüstü abidəsinin açılış mərasimi keçirilib. Ona bürüncdən abidə ucaldılıb.

    Prezident İlham Əliyev də mərhum qrosmeysterin Azərbaycan idmanı üçün xidmətlərinin çox olduğunu çıxışında bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR