Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.
AFFA-dan Azadmedia.az-a verilən məlumata görə, o, Türkiyənin Antalya şəhərində keçiriləcək qadınlardan ibarət Türkiyə-Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.
Ədalət təmsilçisinə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.
Qeyd edək ki, “Atatürk” Olimpiya Stadionundakı qarşılaşma fevralın 28-də gerçəkləşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.