Tovuzda əli silahlı şəxs insanların arasında atəş açıb.
Minval.info xəbər verir ki, rayonun Qovlar şəhərində naməlum yaşlı kişi sahibsiz itləri güllələyib. O, tüfənglə insanların istirahət zamanında onların gözü qarşısında atəş açıb.
Şahidlərdən birinin sözlərinə görə, həmin şəxs bundan əvvəl də sahibsiz itləri güllələyib.
Ətrafda əyləşənlər hadisəni mobil telefonla lentə alıblar. Lakin onların hadisəyə müdaxilə etməməsi, bəzi insanlarda hiddət yaradıb. Ətrafdakıların silahlı şəxsə mane olmamaları sosial şəbəkədə bəzi istifadəçilərin qınağına tuş gəlib.
Qeyd edək ki, bir müddət öncə sahibsiz itlərin güllələnməsi ictimaiyyət tərəfindən kəskin tənqid edildi. Sözügedən hadisə insanların narazılığına səbəb oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.