AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtdakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

  • + A
  • - A
  • 12-06-2017, 12:22

    Sumqayıtdakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

















    Hazırda Sumqayıt Şəhər Uşaq Xəstəxanasında 50 uşaq müalicə alır. Onların vəziyyəti orta ağır və yüngül qiymətləndirilir.

    Bunu azvision.az-a Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Baxşəliyev bildirib.

    Onun sözlərinə görə, xəstəxanaya daxil olan uşaqların çoxu bu gün evə buraxılacaq. N.Baxşəliyev qeyd edib ki, ötən gün ərzində 11 uşaq xəstəxanaya gətirilib.

    Şöbə müdiri hesab edir ki, uşaqlarda işləmə və qusmanın baş verməsinin səbəbi mövsümlə əlaqədardır.

    "Havaların isti olması ilə bir çox infeksiyalar aktivləşir. Bəzi meyvələrin, tut və gilasın daha çox yeyilməsi, xüsusilə yuyulmadan yeyilməsi, soyuq sudan istifadə edilməsi bu infeksiyaların aktivləşməsinə səbəb olur. Əksər uşaqlardan soruşuram, deyirlər ki, tut, gilas yeyib, üstündən soyuq su içiblər. Günün qabağında çox qalanlar da var. Bu da öz təsirini göstərir. Virus mənşəli infeksiyalar mövsümi xarakter daşıyır. Burada kütləvilikdən danışmaq olmaz. Bəzi insanlar bunu düzgün başa düşmürlər".

    N.Baxşəliyev qeyd edib ki, iyunun 7-dən bu günə qədər Xəstəxanaya ümumilikdə 186 nəfər müraciət edib.

    "Onların hamısı işləmə və qusma ilə gəlməyib. İçərisində angenoz, qribos xəstəlikləri ilə də müraciət edənlər də var. Epidemik göstərici normaldır, qorxulu bir şey yoxdur. Narahatçılığa əsas yoxdur".

    Xatırladaq ki, son bir neçə gündə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər uşaqların sudan zəhərləndiyini bildiriblər.

    "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) rəsmi açıqlama yayaraq uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR