Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb. Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1200 ədəd çətənə kolunun kökündən çıxarılaraq, yandırılması təmin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.