AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polis və prokurorluq tövlədə saxlanmış qadınla bağlı hərəkətə keçdi

  • + A
  • - A
  • 3-06-2021, 19:47

    Polis və prokurorluq tövlədə saxlanmış qadınla bağlı hərəkətə keçdi

    Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Gədəbəy rayonu Novoivanovka kənd sakini Səkinə Həsənovanın tövlədə boğazından kəndirlə taxtaya bağlanmış vəziyyətdə video görüntüsü yayılmışdır.
    Qeyd edilən görüntülərlə əlaqədar Gədəbəy rayon polis şöbəsində ilkin yoxlama aparılmaqla toplanmış material aidiyyəti üzrə Gədəbəy rayon prokurorluğuna göndərilmişdir.
    Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, mayın 31-də günorta saatlarında rayon sakini 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev təxminən 20 ildir ki, himayəsində yaşayan ruhi xəstə olan bibisi qızı 1934-cü il təvəllüdlü Səkinə Həsənovanı evinin həyətində yerləşən tövlədə boğazından iplə taxtaya bağlamaqla qanunsuz azadlıqdan məhrum etmişdir.
    03 iyun 2021-ci il tarixdə fakta görə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
    Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR