AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubada narkotik tərkibli bitkilərin kultivasiyası  ilə məşğul olan ata və oğlu saxlanılıb  

  • + A
  • - A
  • 16-06-2021, 14:37


    Qubada narkotik tərkibli bitkiləri aqrotexniki qaydada qulluq edərək yetişdirən şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, rayon sakini Mirqasım Babayev və oğlu Kənan Babayev saxlanılıblar. Onların birgə yaşadığı evin həyətinə, istixanasına və taxıl sahəsinə baxış zamanı ümumi çəkisi 47 kiloqrama yaxın olan 110 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə bitkiləri aşkar edilib. Mirqasım Babayev ifadəsində oğlu Kənanla birgə həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək becərdiyini bildirib. Bundan başqa saxlanılan şəxslərin yaşadıqları fərdi yaşayış evinin zirzəmisindən 16 qram narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.
    Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR