Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb.
APA-nın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini 2001-ci il təvəllüdlü Məmmədov Vahid İntiqam oğlu və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 2001-ci il təvəllüdlü Mahmudova Jasmina Hüseyn qızı ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Gənclərin ölüm səbəbləri araşdırılır.
Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilir. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb. 20 yaşlı V. Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.