AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qusarda polis toy şənliklərində nəzarət-profilaktiki tədbirlər keçirib

  • + A
  • - A
  • 28-07-2021, 10:46


    Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində olan toy şənliklərində nəzarət-profilaktiki tədbirlər keçirilib. Bir neçə toy mərasimində karantin rejim qaydalarının pozulması müəyyən edilib.
    Bəzi şadlıq evlərində və həyətlərdə təşkil olunmuş palatka məclislərində əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, Covid-19 pasportu olmadan insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimlərinin təşkil edildiyi aşkarlanıb.
    Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan qaydalara riayət etməyən obyekt sahibləri və həyətlərdə keçirilən məclis təşkilatçıları barədə qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati protokol tərtib edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR