AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yuventus"un gənc futbolçusu vəfat edib

  • + A
  • - A
  • 5-09-2021, 09:21


    Yuventusun gənc futbolçusu vəfat edib Brayan Dodyen
    İtaliyanın "Yuventus" futbol klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında ölüb.

    Azadmedia.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Turin klubu məlumat yayıb.

    Qeyd edilir ki, futbolçu bir neçə il xərçəng xəstəliyi ilə mübarizə aparıb.

    "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətinin xəbərində deyilir.

    Məlumata görə, ona hələ 12 yaşında xərçəng diaqnozu qoyulub, amma Dodyen 2019-cu ildə meydançaya qayıda bilib və "Yuventus"un U15 komandasının heyətində çıxış edib.

    Ona xərçəng diaqnozu qoyulduqda keçmiş yarımmüdafiəçi Pol Poqba futbolkasındakı "Brayan, mən səninləyəm" yazısı ilə qolunu ona həsr edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR