Kürdəmir rayon sakini olan iki nəfər şəxs Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus iri və xırda buynuzlu heyvanların oğurlandığını barədə məlumat veriblər.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadnedia.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Sor-Sor kənd sakinləri olan iki qardaş - Elvin və Fariz Abasovlar, onların həmkəndliləri Mehman və Ülvi Qəniyevlər, eləcə də Çöhranlı kənd sakini Asim Kərimov və Qağacılı kənd sakini Ayaz Qəribov saxlanılıblar.
Dindirilmə zamanı saxlanılan şəxslər qabaqcadan əlbir olaraq qeyd edilən oğurluq hadisələrini törətdiklərini etiraf ediblər.
Faktlarla bağlı Kürdəmir RPŞ-in İstintaq Bölməsində cinayət işi başlanılıb və ibtidai istintaq davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.