AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astarada qətl törədən qadın həbs edildi

  • + A
  • - A
  • 8-10-2021, 14:29

    Astarada qətl törədən qadın həbs edildi

    Astara rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR