AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

30yaşlı şəxs iş yoldaşı tərəfindən qətlə yetirildi

  • + A
  • - A
  • 18-10-2021, 10:04

    30yaşlı şəxs iş yoldaşı tərəfindən qətlə yetirildi

    Füzuli Rayon Prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə oktyabrın 16-sı saat 22 radələrində Füzuli rayonu ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR