AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

  • + A
  • - A
  • 22-10-2021, 13:11


    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayonun Qaraxıdır kənd sakini Cavad Nəsirov saxlanılıb.
    Onun yaşadığı evə və həyətyanı sahədə yerləşən yardımçı tikiliyə keçirilən baxış zamanı təmiz çəkisi 3 kiloqram 260 qram olan marixuana, eləcə də iki ədəd qurudulmuş vəziyyətdə çətənə bitkisi aşkar edilərək götürülüb.
    Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR