Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-pofilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, yoxlamalar zamanı “Tural” şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, “Ay işığı” şadlıq sarayında isə müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Elman Yusubov və Niyazi Abdurəhmanov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.