Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarına rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərlə bağlı məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Gəncə şəhər sakinləri Əli Abbasov və Emin Nağıyev rayon ərazisində saxlanılıblar. Şəxsi baxış keçirilən zaman Ə.Abbasovdan 3 kiloqramdan artıq tiryək, 1 kiloqram 900 qram heroin və 1 kiloqram 800 qram “patı” adlandırılan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.