AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan taksi sürücüsü saxlanılıb

  • + A
  • - A
  • 6-11-2021, 14:30

     
    Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fuad Rəsulov saxlanılıb.  Onun üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti və narkokuryerliklə məşğul olduğunu etiraf edib.
    Faktla bağlı Fuad Rəsulov barəsində Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsində araşdırmalara başlanılıb. Fuad Rəsulovdan aşkar edilən narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR