AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Həbsdə olan jurnalistin səhhəti pisləşib

  • + A
  • - A
  • 30-11-2021, 15:05


    Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) səhhətində problemlər yaranıb.
    Bunu Trend-ə açıqlamasında jurnalistin vəkili Araz Nurməmmədov bildirib.
    Vəkil qeyd edib ki, artıq bir neçə gündür Mahir Ələkbərovun qan təzyiqi 200-250-dən aşağı düşmür. "Mahir Ələkbərovun bu vəziyyətdə Bakı İstintaq Təcridxanasında saxlanılması həyatı üçün təhlükəlidir. Penitensiar Xidmətin rəhbərliyindən xahiş edirik, Mahir Ələkbərovun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı tədbirlər görsün, əks təqdirdə Mahir Ələkbərovun səhhəti kəskin ağırlaşa bilər".
    Qeyd edək ki, Mahir Ələkbərovun işinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılır. Sonuncu iclasda Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəməyə vəsatət təqdim etsə də, vəsatət təmin edilməmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR