Azərbaycan futboluna ağır itki üz verib. Azadmedia.az "Fanat.az"a istinadən bildirir ki, futbolçu Şəhriyar Rəhimov dünyasını dəyişib. Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə getmişdi.
Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.
Milli komandanın sabiq üzvü Şəhriyar Rəhimov vəfat edib.
Son olaraq “Səbail”də çıxış edən Rəhimov 2022-ci ilin fevralında səhhətində yaranan problemə görə karyerasını bitirmişdi.
Mərhum futbolçu karyerası ərzində “Rəvan”, AZAL, “Karvan”, “Zirə” kimi klublarda çıxış edib.
Qeyd edək ki, o, millinin heyətində də olub və doqquz oyunda forma geyinib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.