Azərbaycanın avrokuboklardakı tək təmsilçisi “Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə “Kayrat”la qarşılaşacaq.
Qazaxıstan təmsilçisi ilə görüş Almatı şəhərindəki “Ortalık” stadionunda baş tutacaq. Qarşılaşmanı moldovalı referi Dumitri Muntean idarə edəcək.
“Qarabağ” H qrupunda 7 xalla 2-ci sıradadır. İsveçrənin “Bazel” komandası da eyni xalı olsa da, daha çox qol vurduğu üçün 1-ci pillədə qərarlaşıb. “Kayrat” 3-cü, Kipr “Omoniya”sı 4-cüdür.
Qrupun digər matçında “Bazel” qonaq qismində “Omoniya”nı sınağa çəkəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.