“Biz sadəcə düşünürük və ümid edirik ki, reytinqimiz bərpa oluna bilər, lakin belə bir eniş şəraitində hakimiyyətin reytinqi bərpa oluna bilməz”.
Azadmedia.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, hesab edir ki, müxalifətin reytinqi aşağı düşüb.
Köçəryan Ermənistanda müxalifət mövqeyi ilə xalqı küçələrə çıxarmağa qadir olan digər siyasi qüvvələrin formalaşmasını alqışlayacağını vurğulayıb:
“Əgər kimsə bu işdə bizdən yaxşı bacararsa, biz onun yanında olmağa, bütün imkanlarımızla dəstəkləməyə hazırıq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.