İranlı xizəkçi Hüseyn Save-Şəmşəki dopinq pozuntusuna görə Olimpiadadan kənarlaşdırılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Test Agentliyinin saytında deyilir.
Save-Şemşəkinin dopinq testi Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş maddələr siyahısında olan anabolik androgenik steroidlər üçün müsbət nəticə verib. İdmançı idmanın müvəqqəti dayandırılmasına İdman Arbitraj Məhkəməsində etiraz edə bilər.
Qeyd edək ki, bundan əvvəl mətbuat Pekin Olimpiadasında fiqurlu konkisürənlərin mükafatlandırılmasının Rusiya idmançısı Kamilə Vəliyevanın şübhəli dopinq-testinə görə təxirə salınması barədə məlumat yayıb. Rusiya Federasiyasının İdman Nazirliyi bu vəziyyəti şərh etməyi tez hesab etdiklərini bildirib. Vəliyevanın dopinq-testində aşkarlanan qadağan olunmuş maddənin dərman olmadığı barədə də məlumat yayılıb.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.