Oksford Universitetinin riyaziyyat professoru doktor Tom Krouford ətraflı araşdırmalar nəticəsində dünya futbol tarixinin ən yaxşı futbolçusunu müəyyən edib.
Kriştiano Ronaldo futbol tarixinin ən yaxşısı olub.
Ronaldonun ardınca daha bir superulduz Lionel Messi, 3-cü yeri isə braziliyalı canlı əfsanə Pele tutub.
Oksford Universitetinin riyaziyyat professoru doktor Tom Kroufordun yaratdığı alqoritmə əsasən, futbol tarixinin ən yaxşıları sıralanıb. 1122 matçda 815 qol vuran və karyerası ərzində çoxsaylı kuboklar başı üzərinə qaldıran portuqaliyalı superulduz bu araşdırma nəticəsində zirvədə qərarlaşıb.
974 matçda 769 qol vuran və futbol tarixində böyük iz qoyan Lionel Messi araşdırmanın ikincisi olub.
Lionel Messidən sonra braziliyalı əfsanə Pele gəlir. 4-cü yerdə Ferens Puşkas, 5-ci yerdə braziliyalı hücumçu Ronaldo Nazario qərarlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.