AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mahir Emreli yenidən zədələndi

  • + A
  • - A
  • 31-07-2022, 16:00

    Mahir Emreli yenidən zədələndi


    Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən sıradan çıxıb.

    25 yaşlı hücumçu evdə "İstra 1961"-i 4:1 hesabı ilə məğlub etdikləri ölkə çempionatının III tur matçından sonra əvvəlki zədəsini yeniləyib.

    Belində ağrılar hiss edən forvard Bolqarıstanda "Lüdoqorets"lə oynanılacaq UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşünü buraxacaq. Onun yaşıl meydanlardan hansı müddətə kənarda qalacağı müayinələrdən sonra bəlli olacaq.

    "Ludoqorets" - "Dinamo" oyunu avqustun 2-də gerçəkləşəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR