Sabah “Atletiko” ilə “Yuventus” arasında İsrailin Tel-Əviv şəhərində keçirilməli olan yoxlama oyunu ləğv edilib.
Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belə qərar qəbul olunmasına səbəb Qəzza zolağındakı vəziyyətin gərginliyidir. Komandalar təhlükəsizlik üçün yoxlama görüşü keçirməmək qərarına gəliblər.
“Atletiko” da öz növbəsində oyun üçün başqa rəqib axtaracaq və bu matçın İsraildə baş tutub-tutmayacağı məlum deyil.
Komandalar üçün bu yoxlama görüşü yeni mövsümə hazırlıq prosesinin sonu olmalı idi. Çünki İspaniya və İtaliya çempionatlarının startı təxminən bir həftədən sonra baş tutacaq. La Liqada avqustun 12-də, A Seriyasında isə avqustun 13-də yeni mövsüm start götürəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.