Çexiyanın paytaxtı Praqada keçirilən qadın şahmatçılar arasında Avropa çempionatında sonuncu – XI turun oyunları keçirilib.
AzadMedia.az report-a istinadən xəbər verir ki, turnir cədvəlinin 2-ci pilləsində olan Günay Məmmədzadə Aleksandra Maltsevska (Polşa), Gövhər Beydullayeva Nana Dzaqnidze (Gürcüstan) və Ləman Hacıyeva Yolanta Zavadska (Polşa) ilə heç-heçə edib.
Ülviyyə Fətəliyeva Azərbaycan millisindən komanda yoldaşı olan Gülnar Məmmədova, Xanım Balacayeva Alisiya Sliviçka (Polşa) və Səbinə İbrahimova Mixalina Rudzinska (Polşa) üzərində qələbə qazanıb.
44 yaşlı lider Monika Soçko (Polşa) Lilit Mkrtçyanla (Ermənistan) heç-heçə edərək xalını 8,5-ə qaldırıb və Avropa çempionu olub.
Gülnar Məmmədzadə 8 xalla gümüş, eyni xal toplayan Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.