AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

  • + A
  • - A
  • 11-09-2022, 12:06

    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb

    D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri sentyabrın 10-da səfərdə Avstriya komandasının qonağı olub. Yığmamız seçmə mərhələnin son matçında ev sahiblərinə 3:1 (25:14, 25:20, 23:25, 25:15) hesabı ilə qalib gəlib.

    Beləliklə, bu matçdan sonra millimiz aktivindəki xalların sayını 12-yə çatdıraraq qrup ikincisi kimi AVRO-2023-ün final mərhələsinə yüksəlib.

    Qeyd edək ki, yığmamız 2005-ci ildən başlayaraq Avropa çempionatlarının daimi iştirakçısıdır. Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsi isə komandamız üçün 10-cu olacaq.

    Təbriklər Azərbaycan!!!



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR