MOK-un vitse prezidenti Çingiz Hüseynzadə Özbəkistan Respublikasının İdmanın İnkişafı nazirinin müavini Murad İsmayilovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Özbəkistan Respublikası Prezident Administrasiyası, Hesablama Palatası və Maliyyə Nazirliyinin rəhbər işçilərinin təmsil olunduğu nümayəndə heyətinin üzvləri Azərbaycan MOK-nun fəliyyəti ilə maraqlanıblar. Murad İsmayilov Özbəkistan Respublikası prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə idmanın inkişafı ilə bağlı qonşu ölkələrin təcrübəsini araşdrqdırlarını bildirib. MOK-un vitse-prezidenti Çingiz Hseynzadə beynəlxalq tədbirlərin təşkili, BOK başda olmaqla beynəlxalq təşkilatlarla əməkdaşlıq haqda qonaqlara məlumat verib. MOK-un 30 ildə reallaşdırdığı Beynəlxalq proqramlar, layihələr və onların nəticələrindən danışıb. Özbəkistan nümayəndə heyəti MOK-un vitse-prezidentinə xüsusi hədiyyə təqdim edib. MOK-un Baş katibi Azər Əliyev, İdman İdarəsinin müdiri Həsənaöa Rzayev, Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovun da iştirak etdiyi görüşün sonunda xatirə fotosu çəkilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.