AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Shusha Chess turnirinin rəsmi saytı təqdim olundu

  • + A
  • - A
  • 20-09-2022, 12:07

    Shusha Chess turnirinin rəsmi saytı təqdim olundu

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin rəsmi saytı ictimaiyyətə təqdim olunub.
    “shushachess.az” internet saytı şahmat həvəskarlarını son informasiya ilə operativ formada təmin edilməsinə xidmət edəcək. Rəsmi saytda Şuşanın tarixi barədə məlumat o cümlədən turnirin iştirakçıları ilə bağlı informasiyalar yer alıb.
    Şuşada ilk şahmat turniri “shushachess.az” saytı ilə canlı yayımlanacaq. Bütün partiyalar Azərbaycan və ingilis dilində şərh olunacaq.
    Turnirin rəsmi saytı Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
    Xatırladaq ki, “Shusha Chess 2022” beynəlxalq turnirinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR