AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Stolüstü tennisçilərimiz beynəlxalq turnirin ¼ finalında

  • + A
  • - A
  • 23-09-2022, 18:06

    Stolüstü tennisçilərimiz beynəlxalq turnirin ¼ finalında

    Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmə stolüstü tennisçilərin “WTT YOUTH CONTENDER TBILISI” turniri davam edir.
    Bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan Arzu Aslanova ilə Aylin Əsgərova mükafatlara doğru inamla irəliləyir. Arzu Aslanova qrup mərhələsində iranlı və özbəkistanlı rəqibləri üzərində qələbələrlə 1/8 finala adlayıb. Bu mərhələdə Gürcüstan idmançısını da yolundan kənarlaşdıran Aslanova ¼ finala yüksəlib.
    Eyni yaş qrupundakı digər təmsilçimiz Aylin Əsgərova ilkin mərhələdə İran və Qazaxıstan tennisçilərinə qalib gəlib. Ardınca daha bir qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını 1/4 finala yazdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR