AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ"ın oyununa 300 bilet qalıb

  • + A
  • - A
  • 12-10-2022, 21:11

    "Qarabağ"ın oyununa 300 bilet qalıb

    Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçı üçün cəmi 300 bilet qalıb.

    Klubdan erilən məlumata görə, həmin biletlər oktyabrın 13-də - oyun günü satışa çıxarılacaq.

    Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan və müvafiq satış məntəqələrindən almaq mümkündür. Bu biletlər üçün onlayn satış həyata keçirilməyəcək.

    Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR