AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qarabağ” –“Olimpiakos” oyunu azarkeş sayına görə 5-ci olub - FOTO

  • + A
  • - A
  • 16-10-2022, 18:00

    “Qarabağ” –“Olimpiakos” oyunu azarkeş sayına görə 5-ci olub - FOTO


    UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

    AzadMedia.az "oxu.az"a istinadən xəbər verir ki, 16 matçda ümumilikdə 400 000-dən çox tamaşaçı iştirak edib.

    İlk "5-lik"də Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 31 200 tərəfdar izləyib.

    Ən çox fanat isə "Mançester Yunayted" (İngiltərə) - "Omoniya" (Kipr) oyununda qeydə alınıb. İngiltərədəki matçda 74 310 azarkeş olub.

    Qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" qarşılaşmasında qalib müəyyənləşməyib - 0:0.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR