Oktyabrın 23-də şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində sonuncu - üçüncü turun oyunları keçiriləcək.
"Report" xəbər verir ki, A və B qrupu üzrə 2 görüş olacaq. “Novoivanovka” “Ada Təpə” ilə, “Göyçə” isə “Ardanış”la qarşılaşacaq.
Bu matçlardan sonra daha iki yarımfinalçının adına aydınlıq gələcək.
Daha əvvəl “Ardanış” və “Ada Təpə” növbəti mərhələyə vəsiqəni təmin edib.
Komandaların heyətləri:
“Novoivanovka” – Emil Bayramov, Vüsal Hüseynov, Ayxan Abbasov, Emin İmaməliyev, Elçin İsmayılov, Qasım Məmmədov, Rakif Əliyev, Murad Natiqoğlu, Vasif Əliyev, Rafiq Həsənov, Samir Əliyev, Etibar Məhərrəmov, Malik Löymanov
Məşqçi: Rasim Həsənov
“Ada Təpə” – Natiq Vəliyev, Rövşən Məhərrəmov, İsrail İsmayılov, Heydər Xudayev, Şükür Məmmədalıyev, Araz Qurbanov, Xəlil Xudayev, Aqil Qurbanov, Zaur Hüseynov, İsa İsayev, Toğrul Süleymanov, Hüseyn Kazımlı, Etibar Alıyev
Məşqçi: Bayram Süleymanov
“Göyçə” – İlkin Ağayev, Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Cəlal Məmmədov, Mikayıl Səfərov, Səhman Xasıyev, Xəqani Mazanov, Ramin Şahmaroğlu, Samir Həsənov, Nəriman Həsənov, Cavanşir Nəsirli, Xamis Hacıyev
Məşqçi: Məhəmməd İsmayılov
“Ardanış” – Elvin İsmayılov, Elşən Nəsibov, Emin Ələsgərov, Emin Qasımov, İmaməddin Zeynalov, Ramiz Hüseynov, Azər Hüseynov, Tarik Qasımov, Namik Həsənov, Allahyar Musayev, Vaqif Həsənov, Taleh Muradov, Əsgər İbrahimov
Məşqçi: Telman Məhərrəmov
Qarşılaşmalar saat 09:30-da “Vətən” İdman Klubunun stadionunda ardıcıllıqla baş tutacaq.
Hazırda B qrupunda bir xala sahib “Novoivanovka” komandasını növbəti mərhələyə keçmək üçün qələbə və heç-heçə qane edir. “Ada Təpə” isə qələbə qazanaraq qrupu lideri ola bilər.
A qrupunda isə maraqlı vəziyyət yaranıb. Hər iki komanda qalibiyyət və bərabərlik halında yarımfinala vəsiqə qazanacaq. Lakin bir xalı olan “Göyçə” məğlub olduğu halda qrupu tərk edəcək və növbəti mərhələyə “Sadaxlı” adını yazdıracaq.
Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı" və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.
İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.
“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini "Report" İnformasiya Agentliyi və Rakus.az saytı verir.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib